Suriyadan Türkiyəyə gələn yük maşınında onlarla avtomat silah və daraq aşkarlanıb

Baş səhifə
Suriyadan Türkiyəyə gələn yük maşınında onlarla avtomat silah və daraq aşkarlanıb

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda Suriyadan ölkəyə daxil olan yük maşınının yanacaq çənində onlarla avtomat silah və daraq müsadirə edilib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Akçakale Gömrük Mühafizə Xidmətinin Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları Suriyadan Türkiyəyə daxil olan yük maşınında axtarış aparıb.

Yük maşınının yanacaq çənində 51 avtomat silah və 41 daraq aşkarlanıb.

Faktla bağlı yük maşınının sürücüsü A.B. saxlanılıb.