Bakı. Trend:
Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın
krallığın bir hissəsi olduğunu vurğulayıb və ABŞ-ı təhdidlərini
dayandırmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə Danimarkanın Baş naziri
açıqlamasında bildirib.
O qeyd edib ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirməsinin heç
bir mənası yoxdur.
“ABŞ-nin üç Birlik ölkəsindən heç birini ilhaq etmək hüququ
yoxdur. Danimarka Krallığı və, beləliklə, Qrenlandiya NATO-nun bir
hissəsidir və buna görə də alyansın təhlükəsizlik zəmanətləri
altındadır. Artıq Krallıqla ABŞ arasında ABŞ-yə Qrenlandiyaya geniş
giriş imkanı verən müdafiə müqaviləmiz var və biz Krallığın
tərəfində Arktika təhlükəsizliyinə böyük sərmayə qoymuşuq”, – deyə
bildirilib.
“Buna görə də, mən ABŞ-yi tarixən yaxın müttəfiqinə, eləcə də
satış üçün olmadığını açıq şəkildə bildirən başqa bir ölkəyə və
başqa bir xalqa qarşı təhdidləri dayandırmağa çağırıram”, – deyə o
əlavə edib.

