Bu gündən kənd təsərrüfatı sahəsindəki vergi güzəştləri balıqçılığa da şamil ediləcək

Baş səhifə

Bakı. Trend:

2027-ci il yanvarın 1-dək müddətində kənd
təsərrüfatı məhsullarının (xarici mənşəli balıq məhsulları
istisna olmaqla
) topdan və pərakəndə satışı zamanı ƏDV
ticarət əlavəsindən hesablanan verginin məbləği hesab ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,
Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı
məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən
hesablanan verginin məbləğidir.

2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı
məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı
zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab
edilir.




Qanuna əsasən, Vergi Məcəlləsinin kənd təsərrüfatı məhsullarının
istehsalı və satışı ilə bağlı müddəaları balıqçılığa (balıq
kürüsünün istehsalı istisna olmaqla) da şamil ediləcək.

Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna
olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər
tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq
məhsulları Vergi Məcəlləsinin məqsədləri üçün kənd təsərrüfatı
məhsullarına bərabər tutulacaq.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.