Bakı. Trend:
2026-cı il Avropa kişi və qadın komandalarından ibarət badminton
çempionatı 1–15 fevral tarixlərində Azərbaycanda təşkil olunacaq və
bu turnir ilin idman təqviminin ilk böyük hadisələrindən biri
olacaq.
Trend-in
məlumatına görə, artıq səkkiz kişi və səkkiz qadın komandası
çempionatda iştirak hüququ qazanıb. Püşkatma nəticəsində komandalar
qruplara bölünüb və bu, Avropa komanda titulu uğrunda gərgin və
maraqlı mübarizənin başlanacağından xəbər verir.
Turnir çərçivəsində Avropanın ən güclü milli komandaları komanda
şöhrəti uğrunda qarşılaşacaq. Çempionat ilin əvvəlində kontinental
səviyyədə əsas rəqabət meydanı kimi diqqət mərkəzində olacaq.

