Bakı. Trend:
220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi ilə bağlı
işlərə start verilir.
Trend-in
məlumatına görə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla
bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, ASC sözügedən işlərin icrasını “Electro Industries”
Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 49,3 milyon manat ödənilib.

