“Milan” və “Napoli” vacib qələbə qazanıb – İtaliya A Seriyası

Baş səhifə

Bakı. Trend:

İtaliya A Seriyasında XVII turun oyunları davam edir.

Trend-in
məlumatına görə, “Milan” evdə “Verona”nı üç cavabsız qolla məğlub
edib.




“Napoli” isə səfərdə “Kremonese”dən üstün olub – 2:0.

Turnir cədvəlinə 35 xalla “Milan” başçılıq edir. Rəqibindən 1
xal geri qalan “Neapol” klubu ikinci pillədə qərarlaşıb.