Bakı. Trend:
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilənlərin sosial
adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də
onların məşğulluğunun təminatıdır.
Trend xəbər verir ki, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi tərəfindən bu ilin 11 ayında həmin kateqoriyadan olan
1218 nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata
görə, onlardan 919 şəxs münasib işlərlə təmin olunub, 254 şəxs isə
kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq
proqramına cəlb edilib. 45 işsiz şəxs üçün isə peşə hazırlığı
kursları təşkil olunub.

