Hesablama Palatası: Vətəndaş müraciətləri əsasında auditlər risk meyarlarına uyğun həyata keçirilir

Baş səhifə
Hesablama Palatası: Vətəndaş müraciətləri əsasında auditlər risk meyarlarına uyğun həyata keçirilir

Hesablama Palatası vətəndaşların müraciətləri əsasında auditləri risk və resurs qiymətləndirməsi əsasında həyata keçirir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Palatanın aparat rəhbəri Tamerlan Yusif-zadə “Dövlət auditi ilə bağlı məlumatların ictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu” mövzusunda keçirilən təlim zamanı bildirib.

O, qeyd edib ki, auditlərdə müxtəlif risk meyarları nəzərə alınır: “Bunlara icra olunan vəsaitin məbləği, əvvəlki illərdə auditin olub-olmaması, auditlər üzrə təkliflərin icra faizi, vətəndaş şikayətləri və s. daxildir. Biz subyektiv fikirlə audit həyata keçirmirik”.