
Bakı. Trend:
“Ferrari”, “Audi” və “Aston Martin/Honda” şirkətləri 2026-cı il
“Formula-1” qaydalarında yanacaq sıxılma nisbəti limitinə dair
mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün FIA-ya birgə məktub
ünvanlayıblar.
Trend xəbər verir
ki, bu barədə “The Race” nəşri məlumat yayıb.
Məktubun göndərilməsinə səbəb “Mercedes” və “Red Bull”un statik
şəraitdə mühərrik sınaqlarının xüsusiyyətlərindən istifadə etməklə
qaydaları öz xeyirlərinə şərh edə bilmələri ilə bağlı iddialar
olub. Mənbələrə görə, bu cür yanaşma dövrə başına saniyənin onda
bir hissəsinə qədər üstünlük verə bilər.
FIA daha əvvəl mövcud ölçmə prosedurlarının qaydalara uyğun
olduğunu bildirsə də, məsələnin 2026-cı il mövsümünün əvvəlində
daha geniş müzakirə və hətta etiraz mövzusuna çevrilə biləcəyi
istisna edilmir.

