İspaniya “Airbus”dan 100 hərbi helikopter sifariş edib

Baş səhifə

Bakı. Trend:

İspaniya Müdafiə Nazirliyi “Airbus” şirkətinə 100 ədəd hərbi
helikopter sifarişi verib.

Trend xəbər verir
ki, nazirlik ordunun ehtiyacları üçün dörd müxtəlif model döyüş
helikopteri alacaq. Sifarişin əsas məqsədi ölkənin müdafiə
qabiliyyətinin gücləndirilməsidir.




Qeyd olunur ki, alış prosesi Fransanın Silahlanma və Hərbi
Ləvazimat üzrə Baş İdarəsinin (DGAM) vasitəçiliyi ilə həyata
keçirilir.

Bununla yanaşı, “China Airlines” şirkəti də əlavə olaraq 5 ədəd
“Airbus A350-1000” tipli geniş füzelyajlı sərnişin təyyarəsi
sifariş edib.