
Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rütte Ukraynanın NATO-ya üzvlüyü
məsələsinin hazırda praktik baxımdan mümkün olmadığını
bildirib.
Trend xarici
KİV-ə istinadən xəbər verirki, Rütte bu açıqlamanı Polşaya səfəri
çərçivəsində ölkənin Baş nazirinin müavini və milli müdafiə naziri
Vladislav Kosinyak ilə keçirdiyi birgə mətbuat konfransında
verib.
Onun sözlərinə görə, prinsip etibarilə Avro-Atlantik bölgəsində
yerləşən istənilən ölkə, o cümlədən Ukrayna NATO-ya üzvlük üçün
müraciət edə bilər. Lakin praktiki baxımdan bu proses bir sıra
müttəfiqlərin etirazı səbəbindən mümkün deyil.
“Hazırda bəzi müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyünə razılıq
verməyəcəklərini açıq şəkildə bildiriblər. Bu ölkələr sırasında
ABŞ, Macarıstan, Slovakiya və ehtimal ki, daha bir neçə müttəfiq
var. Bu səbəbdən konsensus əldə edilə bilməz”, – deyə Rütte
vurğulayıb.


