Bakı. Trend:
“Roma” İtaliya A Seriyasının 16-cı turunda səfərdə “Yuventus”un
qonağı olacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi oyuna ciddi itki
ilə çıxacaq.
Hücumçu Artyom Dovbik vacib oyunda komandasına kömək edə
bilməyəcək. Ukraynalı forvard sağ budundan zədə alıb. Onun adı
qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyəcək.
Artyom Dovbik bu mövsüm “canavarlar”ın heyətində meydana çıxdığı
14 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Yuventus” – “Roma” matçı dekabrın 20-də
keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

