Xankəndidə səyyar oftalmoloji tibbi aksiya təşkil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin
birgə təşəbbüsü ilə Xankəndi şəhərində səyyar oftalmoloji tibbi
aksiya keçirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, Avtomobil Səyyar Klinikası vasitəsilə təşkil olunan aksiya
dekabrın 19-dək davam edəcək.




Tədbir çərçivəsində əhali ödənişsiz göz müayinəsindən keçirilir,
görmə pozuntuları erkən mərhələdə aşkarlanır və zəruri tibbi
məsləhətlər verilir. Aksiyanın əsas məqsədi bölgə sakinlərinin
görmə sağlamlığının qorunması, oftalmoloji xəstəliklərin vaxtında
diaqnostikası və profilaktikasının gücləndirilməsidir. Müayinələr,
müasir tibbi avadanlıqlar və ixtisaslı həkim heyəti tərəfindən
aparılır.

Qeyd edək ki, azad edilmiş ərazilərdə tibbi xidmətlərin təşkili,
dövlətin səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir və bu
kimi aksiyalar əhalinin ixtisaslaşmış tibbi yardıma əlçatanlığını
artırmağa xidmət edir.