Bakı. Trend:
Dekabrın 16-sı səhər saatlarında Qusar rayon Hil kəndinin
ərazisində yerləşən evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın
üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Trend-in əldə
etdiyi məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə onu
keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində
boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən
olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

