Sumqayıtda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb

Baş səhifə
Sumqayıtda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 36 yaşlı kişi dəm qazından boğulub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Vahabov Əbülfəz Bayraməli oğlu yaşadığı fərdi evdə dəm qazından boğularaq ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.