Sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

6 il ərzində ardıcıl şəkildə həyata keçirilən 5 sosial islahat
paketi 4 milyon vətəndaşı əhatə edib.

Trend xəbər
verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Rəşad Mustafayev bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi
və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediada İnklüziv
Dildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışı zamanı
bildirib.




Onun sözlərinə görə, əlilliyi olan şəxslərin tibbi-sosial
reabilitasiyası və cəmiyyətə tam inteqrasiyası ölkəmizin sosial
siyasətinin prioritet istiqamətlərindən biridir:

“6 il ərzində ardıcıl şəkildə həyata keçirilən 5 sosial islahat
paketi 4 milyon vətəndaşı əhatə edib. Bu islahatların nəticəsində
sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 7,6 milyard
manat əlavə vəsait ayrılıb. Əlilliyi olan şəxslərə verilən
pensiyalar, müavinətlər və təqaüdlərdə ciddi artımlar təmin
olub.
Eyni zamanda, ölkəmizdə müasir reabilitasiya sisteminin
formalaşdırılması istiqamətində mühüm addımlar atılıb,
reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilmiş və qabaqcıl
beynəlxalq təcrübəyə əsaslanan yeni reabilitasiya metodlarının
tətbiqinə başlanıb. Bu addımlar əlilliyi olan şəxslərin həyat
keyfiyyətinin yüksəldilməsinə və onların aktiv cəmiyyət üzvü kimi
iştirakına xidmət edir”.