
Elektron siqretlər vasitəsi ilə orqanizmə gedən formaldehidin (formaldehid – kimyəvi maddə-red.) həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur.
“Report” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komotələrinin birgə iclasında deyib.
O bildirib ki, Agentliyin araşdırmalarına görə, orta elektron siqaretlərin tərkibi, onların tankerlərinin həcmi 2 ml-dən 20 ml-ə qədər fərqlənir:
“Ən minimalını götürək – 2 ml-lik. Bu, təxminən 600 “vape” nəfəsi deməkdir. Yəni 600 dəfə o elektron siqaretdən nəfəs almağı təqlid etmək üçündür. Elmi məlumatlar deyir ki, bir nəfəs zamanı orqanizmə gedən formaldehid (formaldehid kimyəvi bir maddədir) orqanizmə gedən formaldehid 1 mikroqramdır. Və bu məlumat da var ki, bir oturuşumda təxminən 60 nəfəs istifadə olunur. Yəni bir cihaz ortalama 10 dəfə, hər dəfəsində də 60 nəfəs istifadə oluna bilər. Düşünsək ki, bir “vape” nəfəsi təxminən 50-70 ml hava deməkdir. Biz normal vaxtı, sakit vaxtı nəfəs alanda bundan 10 dəfə artıq nəfəs alırıq. Amma cihazdan alırıqsa, bu bizim ağız boşluğumuzun həcmi ilə məhdudlaşır deyə az alırıq.
Biz bunu 60 dəfə, yəni bir oturuşumda istifadəyə vursaq, hesablasaq, görərik ki, (mən sizin vaxtınızı almayacam hesablamalarla, son rəqəmi səsləndirəcəm) formaldehidin orqanizmimizə daxil olma miqdarı 18,8 milliqramdır bir kub havada, aldığımız bir kub hava metrdə. İndi bunu müqayisə edək Beynəlxalq Əməyin Təhlükəsizliyi Agentliyinin icazə verdiyi limitlərlə. Beynəlxalq Əməyin Təhlükəsizliyi Agentliyi deyir ki, hətta təhlükəli yerdə, kimyəvi formaldehidin mühitində işləyən adam 8 saat işləyirsə, orda havanın 1 kub metrində 0,9-u keçməməlidir formaldehid. Bizim hesabladığımız miqdar 20 dəfə bundan artıqdır. Bu rəqəmi Ümumdünya Səhiyyə Təşkilatı əhali üçün daha az deyir. O rəqəmdən 50 dəfə çoxdur.”
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


