
Ağdam. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bu
mərhələdə Xocalı rayonunun Təzəbinə kəndinə 10 ailə olmaqla 44
nəfər, Seyidbəyli kəndinə isə 10 ailədən 41 nəfər Ağdamın Dördyol
adlanan ərazisindən yola salınıb.
Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə köç edən
ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

