Bakı. Trend:
TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə
edilib.
Trend xəbər
verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, hesabata görə, 2025-ci ilin ilk 10 ayı üzrə ümumi
büdcə icrası 67,65% təşkil edib. Belə ki, cari dövr ərzində əməyin
ödənişi üzrə xərclər 72.8 faiz, malların (işlərin və xidmətlərin)
satınalınması üzrə xərclər 46.58 faiz, sosial ödənişlər üzrə
xərclər 35.85 faiz, qeyri-maliyyə aktivləri (kapital xərcləri) üzrə
xərclər 19.01 faiz icra olunub.
2024-cü il üzrə 19, 2025-ci ilin ilk 10 ayı ərzində isə TƏBİB-in
tabeliyində 8 müəssisə kapital xərcləri nəzərə alınmadan
dotasiyadan çıxıb. Mövcud icra nəticələri nəzərə alınmaqla 2026-cı
il üçün büdcə real icra potensialına uyğunlaşdırılıb.
Növbəti mərhələ üçün rüblük icra nəzarətinin gücləndirilməsi,
satınalma prosedurlarının təkmilləşdirilməsi və 2026-cı il büdcə
proqnozlarının bu ilin nəticələri əsasında hazırlanması əsas
prioritetlər kimi təqdim olunub.
2024 və 2025-ci illərin ilk 10 ayının müqayisəsi göstərir ki,
TƏBİB üzrə ümumi gəlir 2024-cü ilin müvafiq dövründə 1 milyard 123
milyon 800 min 642 manat olduğu halda, 2025-ci ilin ilk 10 ayında 1
milyard 180 milyon 549 min 962 manata yüksəlib və nəticədə 56
milyon 749 min 321 manat və ya 5,05 faiz artım qeydə alınıb.
Hesabat dövründə ilkin tibbi sanitariya yardımı xidməti üzrə
gəlirlər 169 milyon 886 min 500 manatdan 170 milyon 542 min 750
manata yüksələrək 656 min 250 manat və ya 0,39 faiz artıb.
Təcili tibbi yardım xidməti üzrə daxilolmalar 2024-cü ilin ilk
10 ayında 202 milyon 250 min manat təşkil etdiyi halda, 2025-ci
ilin eyni dövründə 203 milyon 27 min 83 manata çatıb ki, bu da 777
min 83 manat və ya 0,38 faiz artım deməkdir.
Xidmətlər Zərfi üzrə təqdim olunan tibbi xidmətlərin həcmi
2024-cü ilin ilk 10 ayında 735 milyon 550 min 637 manat olduğu
halda, 2025-ci ilin müvafiq dövründə 787 milyon 65 min 768 manata
yüksəlib və 51 milyon 515 min 131 manat və ya 7 faiz artım qeydə
alınıb.
Ödənişli tibbi xidmətlərdən (ƏDV-siz) daxil olan vəsait 2024-cü
ilin ilk 10 ayında 16 milyon 113 min 505 manat təşkil etdiyi halda,
2025-ci ilin müvafiq dövründə 19 milyon 914 min 361 manata yüksəlib
ki, bu da 3 milyon 800 min 857 manat və ya 23,59 faiz artım
deməkdir.
Bu dövrdə stomatoloji tibbi xidmətlərdən (ƏDV-siz) daxilolmalar
352 min 719 manatdan 584 min 395 manata yüksələrək 231 min 676
manat və ya 65,68 faiz artıb, tibbi arayışlardan daxilolmalar 13
milyon 267 min 392 manatdan 14 milyon 270 min 802 manata çataraq 1
milyon 3 min 410 manat və ya 7,56 faiz artım göstərib.
Digər tibbi xidmətlərdən (ƏDV-siz) daxilolmalar isə 2 milyon 493
min 393 manatdan 5 milyon 59 min 164 manata yüksələrək 2 milyon 565
min 771 manat və ya 102,90 faiz artım qeydə alıb.

