Azərbaycan Çin iqtisadiyyatına investisiya qoyuluşunu 4 dəfəyə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Çindən Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 19,070 milyon ABŞ dolları
təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,711
milyon dollar və ya 67,9% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Çindən olan investisiyaların payı 0,4% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Çin
iqtisadiyyatına 9,820 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 7,162 milyon dollar və ya 3,7 dəfə
çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə yatırılan
Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,5% olub.

2024-cü ilin ilk 9 ayı ərzində Çindən Azərbaycana birbaşa xarici
investisiyaların ümumi həcmi 11,359 milyon dollar, Azərbaycandan
isə bu ölkəyə yatırımların həcmi 2,658 milyon dollar təşkil
etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.