Bakı. Trend:
Avstraliyanın Sidney şəhərinin çimərliyində 15 nəfərin ölümü ilə
nəticələnmiş terror aktından sonra ölkədə odlu silahla bağlı
qanunvericiliyin sərtləşdirilməsinə qərar verilib. Belə ki, ştat və
ərazi administrasiyaları odlu silah dövriyyəsini tənzimləyən
qanunvericilikdə islahatların aparılması ilə bağlı razılığa
gəlib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avstraliya baş naziri Entoni
Albaneze məlumat verib.
Albaneze bildirib ki, odlu silah dövriyyəsini tənzimləyən
qanunlar bütün ölkə üzrə sərtləşdiriləcək, bütün ştat və ərazilərdə
tətbiq olunacaq.
Qeyd edilir ki, bunun üçün regional hakimiyyət orqanlarına milli
odlu silah reyestrinin yaradılmasını sürətləndirmək, bir şəxsin
sahib ola biləcəyi odlu silah sayını məhdudlaşdırmaq, silah
sahiblərinə ömürlük lisenziyaların verilməsindən imtina etmək və
lisenziyanın əldə olunması üçün Avstraliya vətəndaşlığının mütləq
şərt olmasını təmin etmək tapşırılıb.

