İngiltərənin “Nyukasl” klubunun azarkeşləri Premyer Liqasının XVI turunda “Sanderlend”ə (0:1) məğlub olduqları görüşdən sonra toplaşdıqları barların birini dağıdıblar.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb rəqib komandanın azarkeşləri ilə toqquşma olub.
Azarkeşlər masaları və stulları sındırıblar. Onlar bara xeyli ziyan vurublar. “Nyukasl” və “Sanderlend” ötən əsrin əvvəllərindən bəri rəqabət aparırlar. Komandalar arasındakı matçlar ənənəvi olaraq “Tayn-Uir derbisi”, həmçinin “Şimal-Şərq” derbisi kimi tanınır.
Qeyd edək ki, hazırda “Nyukasl” 22 xalla Premyer Liqanın turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. 26 xala malik “Sanderlend isə yeddincidir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

