Bakı. Trend:
Çexiyada Praqa qəsrində çex milyarder – hazırkı baş nazir Andrey
Babişin qurduğu koalisyon hökumətin təntənəli andiçmə mərasimi
keçirilib.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Babiş oktyabr ayında Çexiyada keçirilmiş
parlament seçkilərində qalib gəlmiş mərkəzçi siyasi hərəkat olan
ANO-nun (“Narazı Vətəndaşların Aksiyası”) rəhbəri olaraq, kabineti
öz namizədlərindən, həmçinin SPD (“Azadlıq və Birbaşa Demokratiya”)
və Motorist (“Avtomobilçilər”) siyasi hərəkatlarının
nümayəndələrindən formalaşdırıb.
Babişin hökuməti 16 üzvdən ibarətdir. ANO baş nazir postu daxil
olmaqla səkkiz nazirlik portfelinə sahibdir; SPD üç portfelə
malikdir, onların arasında müdafiə naziri vəzifəsi də var;
“Motorist” isə xarici işlər naziri vəzifəsi də daxil olmaqla dörd
portfelə sahibdir. Hökumət sədri bildirib ki, kabinet dərhal
fəaliyyətə başlayacaq. Bazar ertəsi günü bütün nazirlər öz
rəhbərlik etdikləri qurumlarda vəzifələrini tutacaqlar. Bugün eyni
zamanda hökumətin ilk iclası keçiriləcək.

