Bakı. Trend:
Məktəblərdə məzhəbçiliyin deyil, həyatda bizə lazım olan dini
düşüncənin öyrədilməsi vacibdir.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar
İsgəndərov bu gün Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə
keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər”
mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, dini düşüncədən heç kim imtina edə bilməz,
əsas məsələ bu düşüncənin kim tərəfindən və necə
öyrədilməsidir.
“Din xadimi də, din müəllimi də, dindar da cəmiyyət üçün nümunə
olmalıdır. Cəmiyyətin hər bir üzvündə dini düşüncə
formalaşdırılmalıdır. Bu gün Azərbaycan məktəblərində bu
istiqamətdə sistemli iş aparılmalıdır. Nəticə etibarilə,
kimliyindən asılı olmayaraq cəmiyyətin hər bir üzvündə dini düşüncə
formalaşmalıdır.
Məktəblərdə məzhəbçiliyin deyil, həyatda bizə lazım olan dini
düşüncənin öyrədilməsi vacibdir. Rüşvətxorluq və cinayətkarlıq
halları çoxdursa, bunun səbəblərini dini düşüncə müstəvisində
axtarmaq lazımdır. Bunu siyasi deyil, dini baxımdan deyirəm”.

