U-17 Avropa çempionatında iki azərbaycanlı boksçu yarımfinala yüksəlib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17
Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start
verilib.

Trend xəbər verir
ki, mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı
yarımfinala vəsiqə qazanıb.

46 kq çəki dərəcəsində çıxış edən Qardaş Rəhimov Albaniya
təmsilçisi Misteak Rama ilə qarşılaşıb. Görüş boksçumuzun 5:0
(30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə
yekunlaşıb. O, yarımfinalda Gürcüstan təmsilçisi Rati Xarbedia ilə
üz-üzə gələcək.




75 kq çəki dərəcəsində mübarizə aparan Şükar Əliyev də 1/4 final
döyüşündən qalib ayrılıb. O, Almaniya boksçusu Yannik Mülleri 5:0
(29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyev
yarımfinalda Macarıstan təmsilçisi Aleks Domjanla döyüşəcək.

Yarımfinala yüksələn hər iki boksçu özləri üçün azı bürünc
medalı da təmin edib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın daha üç boksçusu
1/4 final mərhələsində mübarizə aparacaq.