Argentina milli komandası 2026-cı il Dünya Çempionatından kənar qala bilər

Baş səhifə

Bakı. Trend:

Argentina milli futbol komandası 2026-cı il dünya çempionatında
iştirak hüququndan məhrum edilə bilər.

Trend xəbər verir
ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Məlumata görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası
(FIFA) Argentina Futbol Assosiasiyası (AFA) daxilindəki korrupsiya
qalmaqalına görə komandaya qarşı sanksiyalar tətbiq edə bilər.
Təşkilatın rəhbəri Klaudio Tapia və onun bir neçə tabeliyində olan
şəxs qanunsuz varlanmaqda şübhəli bilinir. Hazırda istintaq davam
edir və işdə futbol rəsmilərinə himayədarlıq edən bir neçə
Argentina rəsmisinin də adı hallanır.




“La Nacion” qeyd edir ki, FIFA hökumətin milli futbol
federasiyalarının işlərinə müdaxiləsinə son dərəcə mənfi yanaşır.
AFA əməkdaşlarına qarşı məhkəmə prosesləri səbəbindən Argentina
milli komandası 2026-cı il Dünya Kubokunda iştirak etməkdən
kənarlaşdırıla bilər.

FIFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və
Meksikada keçiriləcək. Argentina Əlcəzair, İordaniya və Avstriya
ilə bir qrupda yer alır və hazırda Dünya Çempionudur.