Premyer Liqa: “Zirə” “Şamaxı”ya məğlub olub

Baş səhifə
Premyer Liqa: Zirə Şamaxıya məğlub olub

Misli Premyer Liqasında XV tura start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə “Şamaxı” doğma meydanda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.

Qonaqların heyətində Georgi Papunaşvili hesabı (8) açıb. Bölgə təmsilçisinin qollarını isə Alfons Msanqa (54) və Karim Rossi (61) vurublar.

“Şamaxı” 20 xalla 7-ci, “Zirə” isə 27 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.