
Bakı.Trend:
Qubada evdən 7300 dolların oğurlanması ilə bağlı polisə müraciət
edilib.
Trend-in
məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
aparılan araşdırma zamanı vəsaiti götürən şəxsin ailənin yeniyetmə
üzvü olduğu müəyyən edilib.
O, ifadəsində pulları oğurladığını və xərclədiyini etiraf
edib.
Faktla bağlı araşdırma aparılır.

