Çexiya Ukraynaya 1,8 milyon artilleriya mərmisi göndərib – Baş nazir

Baş səhifə

Bakı. Trend:

Çexiyanın təşəbbüsü çərçivəsində Ukrayna bu il 1,8 milyon
artilleriya mərmisi alıb.

Trend-in
məlumatına görə, bu barədə Çexiyanın Baş naziri Petr Fiala “X”
sosial şəbəkəsində yazıb.




O, 2025-ci ilə qədər Ukraynaya 1,8 milyon iri çaplı sursat
tədarük etmək niyyətini bir daha təsdiqlədi.

“Təsdiqləyə bilərəm ki, bu gün bu məqsədə çatmışıq”, – deyə Baş
nazir yazıb.