“Real”ın yeni məşqçisinin adı açıqlandı

Baş səhifə

“Real Madrid”in məşqçisi Xabi Alonsonun istefası ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, “Real”ın Alonsoyu istefaya göndərəcəyi iddia edilir. Böyük Britaniyanın “Sun Sports” qəzetinin iddiasına görə, Alonsonun əvəzinə Yurgen Klopp gətiriləcək. İddialara görə, bununla bağlı “Real” Kloppun işlədiyi “Red Bull”la razılıq əldə edib.

Qeyd edək ki, Yurgen Klopp “Red Bull”da Qlobal Futbol rəhbəri vəzifəsini icra edir. O, bundan əvvəl məşqçi işləmək istəmədiyini, lakin fikrini dəyişə biləcəyini istisna etməmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.