
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 634,4 min ton ağ
neft istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 79,6 min ton və ya 14,3% çoxdur. Ötən ilin ilk 11 ayında
ölkədə 554,8 min ton ağ neft istehsal olunmuşdu.
Bu ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı
18,6 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz
artıb.


