Gələn ilin fevral ayında ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
“ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və aparıcı enerji şirkətləri ilə enerji gündəliyimizdə yer alan layihələr və potensial əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi apardıq. Ticarət Palatası enerji əməkdaşlığının genişləndirilməsinə maraq göstərir”, – nazir vurğulayıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

