Bakıda evdə bir nəfərin meyiti aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.




Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Bakı Regional
Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.