
Bakı.Trend:
Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən,
Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti
qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət
iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Porsche” markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat
vasitəsinin sürücüsü Abas Əmirov saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək
baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı
ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il
müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs
edilib.

