Ermənistanla sərhədin daha bir hissəsi demarkasiya olunacaq

Baş səhifə

Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi demarkasiya olunacaq.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeru Alen Simonyan bildirib.

O qeyd edib ki, hazırda proses davam edir:

“Düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də demarkasiya edəcəyik”.