Bakı. Trend:
ABŞ Sudandakı vətəndaş müharibəsini dəstəklədiyinə görə
Kolumbiyadan olan fərdlərə və təşkilatlara sanksiyalar tətbiq
edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti
xəbər verib.
“Bu gün ABŞ hökuməti Sudandakı vətəndaş müharibəsinin
qızışdırılmasında və onun dağıdıcı nəticələrində rol oynadıqlarına
görə dörd şəxsə və dörd quruma sanksiyalar tətbiq edib. Bu şəxslər
və qurumlar əsasən Kolumbiya vətəndaşlarından və Kolumbiya
şirkətlərindən ibarət transmilli şəbəkənin bir hissəsidir”, – deyə
Dövlət Departamenti qeyd edib.
Sənəddə qeyd olunub ki, şəbəkə “Sudan Çevik Qüvvələrinin (SÇQ)
tərəfində döyüşmək üçün keçmiş Kolumbiya ordusunun şəxsi heyətini
cəlb edir və uşaqlar da daxil olmaqla döyüşçülərə təlim
keçirir”.

