Bakı. trend:
ABŞ-nin neft hasilatı 2026-cı ildə 2025-ci illə müqayisədə sutka
əzrində orta hesabla 80 000 barel (barel/sutkada) azalaraq 13,53
milyon barelə düşəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin
Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında əks
olunub.
Məlumata əsasən, 2025-ci ildə neft hasilatı proqnozu əvvəlki
proqnozla müqayisədə 20 min barel/gün artırılaraq 13,61 milyon
barelə çatdırılıb.

