“Qarabağ” klubu “Ayaks”la oyunda azarkeşləri sevindirmək istəyir.
“Report”un məlumatına görə, bu barədə Azərbaycan təmsilçisinin futbolçusu Mateus Silva mətbuat konfransında deyib.
Oyunçu Bakıda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Bizi ciddi oyun gözləyir. Hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Oyun fəlsəfəmiz və məşqçinin bizdən istəyi bəllidir. Doğma meydanda azarkeşləri sevindirmək istəyirik”.
O, öz oyunu haqqında danışıb:
“Düşünürəm ki, belə turnirdə uğurlu nəticə əldə etmək üçün bütün komanda yoldaşlarım səy göstərir. Sabah mən də onlarla birlikdə əlimizdən gələni edəcəyik. Həyacanlı deyilik. Bütün matçlara necə hazırlaşırıqsa, indi də elə etmişik”.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

