
Bakı. Trend:
Bu gün keçirilən görüşlər zamanı biz beynəlxalq təşkilatlar
çərçivəsində Azərbaycan–İran münasibətlərinə diqqətlə nəzər
saldıq.
Trend xəbər
verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən
brifinqdə bildirib.
“Regional formatlarda, həmçinin siyasi, iqtisadi sahələrdə,
habelə Azərbaycan–İran–Rusiya və Azərbaycan–İran–Türkiyə üçtərəfli
formatları barədə müzakirələr apardıq və bu dialoqun davam
etdirilməsi planlaşdırılır”, – deyə nazir qeyd edib.


