Bakı. Trend:
Böyük Britaniya Rusiyanın Silahlı Qüvvələri Baş Qərargahının Baş
İdarəsinə qarşı məhdudiyyətlər tətbiq edib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin
bəyanatında bildirilib.
“Bu gün elan olunan radikal tədbirlər rus hərbi kəşfiyyat
idarəsinə bütövlükdə sanksiyaların tətbiqini əhatə edir”, — deyə
bəyanatda qeyd olunub.
Məhdudlaşdırıcı ölçülər həmçinin Ukraynada və bütün Avropa üzrə
düşmənçilik fəaliyyətlərinin təşkilində ittiham olunan idarə
zabitlərinə qarşı da tətbiq olunub.
Bundan əlavə, “düşməncəsinə kiber-fəaliyyət”ə görə daha səkkiz
Rusiya vətəndaşı da siyahıya daxil edilib.
Qeyd edək ki, noyabr ayında rəsmi London Rusiyaya qarşı
sanksiyaları genişləndirərək üç şirkəti və dörd fiziki şəxsi “qara
siyahıya” daxil etmişdi.

