
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat
şəhərində şəhid Riyad Əliyarovun ailəsini ziyarət edib.
Elnur Rzayev bu günlərdə ailə həyatı quran şəhidin qardaşı
Mülküm Əliyarovu və onun xanımını təbrik edib, valideynlərinə
gözaydınlığı verib.
İcra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Şəhid
ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını
itirmiş vətəndaşlara dövlət tərərfindən göstərilən hərtərəfli
diqqət və qayğıdan danışıb.
Şəhid atası Mamed Əliyarov göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
Əliyevaya minnətdarlığını bildirib.

