
Türkiyənin Şanlıurfa şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən şəxs xüsusi təyinatlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Metbuat.az xəbər verir ki, adı açıqlanmayan şəhər sakini avtobusda ölkə başçısının ünvanına xoşagəlməz ifadələr işlədib.
Sərnişinlər tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, nitqinə davam edib. Bundan sonra avtobusda olan iqtidar tərəfdarlarından biri yerli polisə məlumat verib. Xüsusi təyinatlı “Delfin” qrupu avtobusu saxlatdıraraq həmin şəxsi polis şöbəsinə aparıb.
Faktla bağlı araşdırma başladılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


