Azərbaycan və Cənubi Koreya arasında maliyyə sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Cənubi Koreya Maliyyə Nəzarət
Xidməti (KMNX) arasında gələcək əməkdaşlıq imkanları və birgə
təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov “X” hesabında paylaşım edib.




“Koreya Respublikasına işgüzar səfər çərçivəsində Koreya Maliyyə
Nəzarət Xidmətinin (KMNX) sədri Li Çanjin ilə görüşdük. Görüş
zamanı hər iki ölkənin maliyyə sektorunun cari vəziyyəti, bu
sahələrdə aparılan islahatlar, eləcə də sektorun inkişafı
istiqamətində görülən işləri müzakirə etdik. Bununla yanaşı, bank,
kapital bazarı və sığorta sektorlarında texnoloji həllərin və
qabaqcıl nəzarət metodologiyalarının tətbiqi üzrə fikirlərimizi
bölüşdük. Görüşdə həmçinin Mərkəzi Bank ilə KMNX arasında gələcək
əməkdaşlıq imkanları və birgə təşəbbüslər barədə fikir mübadiləsi
apardıq”, – paylaşımda qeyd edilib.