
Bakı. Trend:
Qırğızıstan Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən
Kartoqrafiya üzrə İşçi Qrupunun II iclasında Türk dövlətlərinin
yeni ümumi xəritəsini təqdim edəcək.
Trend xəbər verir
ki, bunu bu gün Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq
Ehtiyatları, Kadastr, Geodeziya və Kartoqrafiya üzrə Dövlət
Agentliyinin Kartoqrafiya və Geodeziya Dövlət xidmətinin
direktorunun müavini Narınbek İsabekov TDT-in Kartoqrafiya üzrə
İşçi qrupunun II iclası çərçivəsində jurnalistlərə bildirib.
O qeyd edib ki, tədbir şəhərsalma forumu ərəfəsində keçirilir və
bu da onun sözlərinə görə, ölkələrin gələcək əməkdaşlığı üçün birgə
kartoqrafik təşəbbüslərin əhəmiyyətini vurğulayır.
“Biz türk dövlətlərinin vahid xəritəsini hazırlamışıq və bu gün
onu təqdim edəcəyik. Xəritə türk dövlətləri regionunun miqyasını
açıq şəkildə göstərir və bizim dünya gələcəyinin mühüm bir parçası
olduğumuzu vurğulayır”, – deyə N. İsabekov bildirib.

