XXVI Beynəlxalq Konfransının ölkəmizdə keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir – Kəmaləddin Heydərov

Baş səhifə

Bakı.Trend:

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman
Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri
rəhbərlərinin XXVI Beynəlxalq Konfransının ölkəmizdə keçirilməsi
bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz bu tədbirdə beynəlxalq
əməkdaşlığın genişləndirilməsi istiqamətimdə mühüm addım hesab
edirik.

Trend xəbər
verir ki, bu fikirləri Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov
bu gen Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq
İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri
rəhbərlərinin XXVI Beynəlxalq Konfransında çıxışı zamanı deyib.




O bildirib ki, tarix boyu insanlar təbii və texnogen hadisələrlə
üzləşib.

“Azərbaycan təbii və texnogen risklərinin olduğu ölkədir.
Ölkəmizdə son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması
fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan
Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir.”