Cəlilabadda açıq ərazidə yanğın baş verib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Cəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidə
yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin
qüvvələri cəlb olunub.




Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın
havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına
imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə quru ot, kol-kos və
qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.