Bakı. Trend:
Ukraynanın NATO-ya qoşulması məsələsində konsensus yoxdur.
Trend xəbər
verir ki, bunu NATO-nun Baş katibi Rutte, sabah Brüsseldəki
qərargahda keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı
öncəsi mətbuata açıqlamasında deyib.
O bildirib ki, nazirlər 2026-cı ilin iyulunda Ankarada
keçiriləcək NATO Zirvəsi ərəfəsində ortaq təhlükəsizliyə yönələn
artan təhdidləri müzakirə edəcək və kollektiv müdafiəni
gücləndirmək üçün atılan addımları nəzərdən keçirəcəklər.
Rutte əlavə edib ki, müttəfiq nazirlər sabah ukraynalı
həmkarları ilə NATO–Ukrayna Şurası formatında bir araya
gələcəklər:
Baş katib Haaqada keçirilən 2025 zirvəsində müttəfiqlərin
müdafiə xərclərini artırmaq öhdəliyi götürdüyünü xatırladıb:
“Müttəfiqlərdən hər həftə qabiliyyətlərini gücləndirmək üçün
yeni açıqlamalar görürəm, lakin bu uzun yolun sadəcə başlanğıcıdır
və arxayınlaşmamalıyıq”.

