
Bakı. Trend:
2026-cı il icmal büdcəsində qeyri-neft gəlirlərin payı cari ilə
müqayisədə 5 faiz bəndi artaraq 63 %-ə çatacaq.
Trend xəbər
verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü
plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət
büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi
zamanı deyib.
Nazir bildirib ki, növbəti il icmal büdcənin üçdə ikisi
qeyri-neft sektorunun hesabına təmin ediləcək və bu tendensiya
davam edəcək:
“2029-cu il üçün proqnozlar göstərir ki, xərclər çərçivəsində bu
rəqəm 69–70%-ə çatdırılacaq. Bu istiqamətdə atılacaq addımlar
ölkəmizin neftə asılılığını daha da azaltmağa və qeyri-neft
sektorunun inkişafını sürətləndirməyə imkan verəcək”.

