Gürcüstana gedən Rusiya gəmisinə Türkiyə sahillərində dron zərbəsi endirilib

Baş səhifə

Qara dənizdə Rusiya gəmisinə dron zərbəsi endirilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan gəminin Sinop istiqamətində hərəkət etdiyi bildirilib.

“MIDVOLGA-2” tankerinin Rusiyadan Gürcüstana gedərkən Türkiyədən sahilindən 80 mil məsafədə hücuma məruz qaldığını qeyd edilib.

“13 nəfərlik gəmi heyəti arasında xəsarət alan yoxdur. Gəmidən yardım tələbi daxil olmayıb. Gəmi hazırda Sinop istiqamətində hərəkətini davam etdirir”, – məlumatda qeyd edilib.