Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb

Baş səhifə

Bakı.Trend:

Binə Atçılıq yaşayış massivində piyadanın həyatını ititməsi ilə
nəticələnən qəza baş verib.

Trend-in
məlumatına görə, hadisə dekabrın 1-i saat 07 radələrində baş
verib.




Belə ki, Samir Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla
Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yaşayış massivində
hərəkətdə olan zaman yolu keçən piyada Vurğun Əliyevi vurub.
Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi cinayət
işi başlanılıb.